среда, 25 марта 2015 г.

UĞURLU MƏHƏMMƏD


Həyatı

1474-cü ildə Şirazda Uzun Həsənin oğlu Uğurlu Məhəmməd qiyam qaldırdı. Uzun Həsən qiyamı yatırtdı və oğlu Uğurlu Məhəmmədİstanbula qaçdı. Osmanlı imperatoru II Mehmet qızını ona ərə verdi və onu Sivaşa hakim təyin etdi.
1477-ci ildə Uzun Həsən oğlunu ələ keçirib onu edam etdi
II Mehmet Otluqbeli döyüşündən sonra Avropa dövlətləri ilə əlaqələrini genişləndirməyə xüsusui fikir verən Ağqoyunlu dövlətinə qarşı növbəti müharibəyə hazırlaşırdı. O, Xorasan hakimi Hüseyn Baykaraya məktub yazaraq Ağqoyunlu dövlətini aradan qaldırmaq üçün iki tərəfdən hücuma keçməyi təklif etmiş, lakin cavab almamışdı. Buna görə də sultan atasına qarşı qiyam qaldırmış və məğlub olmuş Ağqoyunlu hökmdarının oğlu Uğurlu Məhəmmədi İstanbulda böyük təntənə ilə qarşıladı, qızı Gövhərxan sultanı Uğurlu Məhəmmədə ərə verdi. Bu izdivacdan Uğurlu Məhəmmədin Gödək Əhməd adlı bir oğlu oldu. II Mehmet Uğurlu Məhəmmədi bir qədər hərbi qüvvə ilə Sivasa Azərbaycan-Türkiyə sərhədinə hakim təyin etdi. II Mehmet bu izdivacla Ağqoyunlu hökmdarının ölümün-dən sonra sülalə qohumluğu vasitəsilə Azərbaycan taxtına sahib olmaq niyyətində idi.

Комментариев нет:

Отправить комментарий