понедельник, 16 марта 2015 г.

Osmanlı İmperiyası  — çoxmillətli və çoxdinli Türk dövləti. 1922-ci ildə səltənətin qaldırılması ve monarxiyadan respublikaya keçidin rəsmiləşməsindən sonra Türkiyə dövlətinin tarixində Osmanlı dönəmi bitmiş, dövlət mövcudiyyətinə cümhuriyyət olaraq davam etmişdir. Bu dővletin qurucusu oguzlarin qayi boyundan olan Osman bey idi Osmanlı gerbinin mәnası
Әsası 1299-cu ildə müasir Türkiyənin Biləcik ilinin Söğüt şəhərində Osman bəy tərəfindən Osmanoğulları Bəyliyi kimi qoyulmuşdur. Osmanlı dövləti tarixdə məşhur Bizans İmperiyasına son qoyaraq onun paytaxtı Konstantinopolu ələ keçirmiş və öz paytaxtına çevirmişdir. XVII əsrdə özünün ən qüdrətli dövrünü yaşayan dövlət üç qitəyə yayılmışdır. Dövlətin qurucusu və Osmanlı sülaləsinin banisi olan Osman bəy Oğuzların Kayı boyundandır. Osmanlı mahiyyətcə əsası 1077-ci ildə Səlcuqlular tərəfindən qurulan Türkiyə dövlətinin tarixində ikinci mərhələni nəzərdə tutur. İmperiya qərbdə Türkiyə ve ya turk imperiyası olaraq tanınırdı.

Tarix

Osmanlı türk imperiyası türklərin tarixi nüfuz dairesi baxımından ən böyük nailiyyətidir. 622 il davam edən bu böyük imperiyaAralıq dənizi və Qara dənizi əhatə edən AsiyaAvropa və Afrika qitələrində yüz illər boyu hökm sürüb. Müxtəlif irq və dinlərdən olan bir çox xalqı torpaqları ilə birlikdə bir dövlətdə birləşdirib. Tarixdə belə geniş torpaqlara bu qədər uzun hökmranlıq edən digər quruluş Roma imperiyası və Britaniya imperiyası olmuşdır. Osmanlı türk imperiyasında 36 sultan hökmranlıq etmiş və XVI əsrin əvvəlllərindən etibarən xəlifəlik adı ilə də İslam dünyasının dini hökmranlığını öz üzərinə götürmüşdür.

Osmanlı dövlətinin yaranması

Osmanlı türk imperiyasının əsası 1299-cu ildə müasir Türkiyənin Biləcik ilinin Söğüt şəhərində Osman bəy tərəfindən Osmanoğulları Bəyliyi kimi qoyulmuşdur. Bəzi tarixçilərə görə, Osmanlı Dövlətinin qurucusu Osman Bəyin atası Ərtuğrul Qazi, onun atası Gündüz Alp (və ya Süleyman Şah) onun atası Kaya Alp, onun atası Gündüz Alpdır. Bu adlı-şanlı ailə Oğuz türklərinin 24 boyunun ən nüfuzlularından olan Kayı əşirətinin başçısı idi. Osman bəyin atası Ərtuğrul Qazi, Səlcuk sultanı Ələddin tərəfindən Bizans sərhəddinə "uc bəyi" olaraq təyin edilmişdi. Ərtuğrul Qaziyə yurd kimi verilən ərazi bugünkü Bursa, Kütahya və Biləcik illərinin sərhədlərinin birləşdiyi yerdir. Sonradan Söğüt qəsəbəsi Bizansdan alınaraq mərkəz edilib. Səlçuklu Dövlətində uc bəyliklərinin vəzifəsi dövlətin sərhəddini qorumaq və xristianlara qarşı cihad etməkdən ibarət idi. Tarixi mənbələrə əsasən Ərtugrul Bəy 1281-ci ildə vəfat edib. Yerinə isə ailənin ən kiçik oğlu olmasına rəğmən çox üstün keyfiyyətlərə malik Osman Bəy seçildi və uc bəyi oldu. Osman Bəy ağıllı siyasət və döyüş qabiliyyəti ilə qonşuları olan Bizans hakimləri ilə gah dostluq münasibətləri qururdu, gah da müharibələr edirdi. Qısa zamanda Bizansdan xeyli torpaq ələ keçirən Osman bəy Bursa və İzniki də fəth etdi. Yarhisar və Qaracahisar hakimlari ilə birlik qurdu. Bundan sonra 1288-ci ildə Qaracahisarı ələ keçirdi. Osman bəy, Biləcik və Yarhisar qalalarını da aldı. 1299-cu ildə Yarhisar hakiminin qızı Nilufərlə oğlu Orxan Bəyi evləndirdi. I Murad ilə Süleyman Paşa bu nikahdan dünyaya gəldilər. Osman Bəy 1299-cu ildə Osmanlı Dövlətinin müstəqilliyini elan etdi. 1301-ci ildə Yenişəhər ilə Yundhisarı aldı və Yenişəhəri paytaxt elan etdi. Bundan sonra Yenişəhərin ətrafındakı kənd və qəsəbələri alan Osman Bəy, 1303-cü ildə İzniki ələ keçirdi və Bursa hakiminin topladığı birliyi dağıtdı. Sonra isə bu şəhəri aldı. Osman Bəy, Bursanı fəth etdiyi ildə, 1326-cı ildə vəfat etdi.
Osman Bəydən sonra yerinə oğlu Orxan Bəy keçdi. Orxan Bəy də fəthlərə davam etdi. Bizanslılardan İznik və İzmiti aldı. İznik savaşının gedişində qalanın yardımına gələn Bizans ordusu yenildi və Qarasi Bəyliyi, Osmanlıların əlinə keçdi. Bizans İmperatoru olmak istəyən Kantakuzenosa yardım göndərildi. Sonra ardıcıllıqla Çimbi Qalası, Gelibolu, Bolayır, Malkara, Çorlu və Təkirdağ ələ keçirildi. Ankara alındı. Osmanlı Dövlətində pul ilk dəfə bu dövrdə kəsildi.

Комментариев нет:

Отправить комментарий