среда, 25 марта 2015 г.

AĞQOYUNLU-OSMANLI MÜHARİBƏLƏRİNİN TARİXİNƏ DAİR.

Ağqoyunlu-Osmanlı müharibələri
 Ağqoyunlu dövləti Azərbaycanın bu vaxta qədərki bütün tarixi ərzində Avropa ilə geniş əlaqə yaratmış ilk dövlət olur. Uzun Həsənin Qərb dövlətləri ilə bu cür əlaqə yaratmaqda əsas məqsədi Azərbaycanın beynəlxalq əlaqələrini səhmana salmaq olur. Digər tərəfdən o, öz ordusuna müasir silahlar almaq, Azərbaycanda topçuluq sənətini inkişaf etdirmək üçün Avropadan artilleriya mütəxəssisləri də dəvət edir.

Onu xarici siyasətində əsas yeri Osmanlı imperatorluğu ilə münasibətlər təşkil edir. Qüdrətli Ağqoyunlu dövlətinin yaranması Osmanlı sultanı Fateh II Mehmeti ciddi surətdə narahat edir. Bu narahatçılıq XV əsrin 60-70-ci illərində xarici ticarətlə əlaqədar olaraq Ağqoyunlu dövləti ilə Osmanlı imperatorluğu arasında münasibətlər son dərəcə kəskinləşir. Sultan II Mehmet Osmanlı imperatorluğunu Azərbaycan ipəyini böyük rol oynadığı Avropa-Şərq ticarətində vasitəçi dövlətə çevirmək istəyir. Bu məqsədlə də Qafqazı, xüsusən Azərbaycanı tutmaq üçün böyük səy göstərir. Münasibətlərin kəskinləşməsində Trabzon məsələsi də xeyli rol oynayır.
Ağqoyunluların 1204-1461-ci illərdə mövcud olmuş Trabzon yunan imperiyası ilə dostluq əlaqələri var idi. Üstəlik Uzun Həsən Trabzon imperatorunun qızı Feodora ilə evlənmişdi. Bu qohumluq münasibətlərinə görə Ağqoyunlular Trabzona öz mülkləri kimi baxırdılar. Həm də Trabzonun Ağqoyunlular üçün böyük ticarət əhəmiyyəti var idi. Bu şəhər Ağqoyunlu tacirlərinin Qara dənizə əlverişli çıxış yolu idi. Ağqoyunlu tacirlər Krımdakı mərkəzləri ilə Trabzon vasitəsi ilə əlaqə saxlaa bilirdilər. Məhz elə buna görə də II Mehmet Ağqoyunlu dövləti ilə müharibəyə Trabzon üzərinə hücumla başlayır. Uzun Həsən belə şəraitdə Trabzonu müdafiə etməli olur. Ağqoyunlularla Osmanlılar arasında ilk döyüş Qoyluhisar adlanan yerdə baş verir. Osmanlı qoşununa ciddi zərbələr vurulsa da, Uzun Həsən hələlik osmanlılarla sülh bağlamaq qərarına gəlir, öz ağlı və güclü məntiqi ilə tanınan anası Sara xatını Sultanın düşərgəsinə göndərir. Uzun Həsənin siyasi çarpışmalarında lap əvvəldən fəal iştirak edən Sara xatın A. Bakıxanov «mahir diplomat qadın» adlandırmışdır.

Qaynaqların məlumatına görə II Mehmet Sara xatını ehtiramla qarşılayır. Danışıqlar zamanı onun diplomatik məharəti öz bəhrəsini verir; Sultan II Mehmet Ağqoyunlular üzərinə hücum etməyəcəyinə dair Sara xatına təminat verir. Lakin Sara xatın sultanı Trabzonu fəth etmək fikrindən daşındıra bilmir. Nəhayət, 1461-ci ildə Yassıçəmən adlı yerdə Ağqoyunlular ilə osmanlılar arasında sülh müqaviləsi bağlanır.

Bundan sonra II Mehmet Trabzon üzərinə yeriyir, Uzun Həsənin arxadan zərbə endirməyəcəyinə əmin olmadığından, Sara xatın başda olmaqla, Ağqoyunlu elçilərini də özü ilə aparır. 1461-ci ilin avqustunda Trabzon osmanlılar tərəfindən zəbt edilir. Qara dənizdə Genuya ilə əlaqə yaradan mühüm ticarət mərkəzi süqut edir. Bu zaman Sara xatın öz gəlini Dəspinə xatının Trabzon taxtına vaprislik hüququnu irəli sürür. O, Trabzon xəzinəsini sultanla bölüşdürdükdən sonra elçi heyətinin başında geri qayıdır.

Trabzonnu fəthi ilə Ağqoyunlu dövləti həm öz müttəfiqini, həm də Qara dənizə yeganı çıxış yolunu itirir. Bu hadisə də Ağqoyunlu-Osmanlı münasibətlərini xeyli pisləşdirir

1 комментарий:

  1. Xaricdəki bütün dostlarıma mövsümi təbriklər, mənim adım Tahire Elirzayeva, Bakı, Azərbaycan Mən peşəm tibb həkimiyəm, 47 yaşım var. Həqiqi həyat ifadələrimi xahişlə oxuyun, bu məlumatın bu məqaləni oxuyan bir kəsə, pozulmuş evliliyi bərpa etməsini və itirilmiş sevgi münasibətlərini 2 gün ərzində bərpa etməsinə kömək edəcəyinə dair müsbət bir niyyətim var. İllərdir Sadiq Elyer ilə əlaqədə olduqdan sonra mənimlə aramızı kəsdi, onu yenidən məni sevməsi üçün geri qaytarmaq üçün hər şeyi etdim, amma etdiyim hər şey boşa çıxdı, ona olan sevgimə görə onu çox istədim, Ondan əlimdəki hər şeylə soruşdum, söz verdim, amma rədd etdi. Problemimi işdəki həmkarıma izah etdim və o, daha yaxşı yazmağımda kömək edə biləcək bir sevgi sehrbazına müraciət etməyimi təklif etdi, amma eşq yazım hissəsinin mövcud olduğunu və ya işlədiyini düşünməyən bir insanam, seçimim yoxdu amma sınamaq üçün spellcaster kanalına e-poçt göndərdim və o, hər şeyin üç gündən əvvəl yaxşı olacağını, keçmişimin üç gündən əvvəl mənə qayıdacağını söylədi, Sevgi sehr hissəsini havaya atdı və təəccüblü bir şəkildə ikinci gün gecə saat 3.00 idi. Keçmiş eşq ortağım məni mobil telefonuma çağırdı, o qədər təəccübləndim ki, Telefon danışığına cavab verdim və dediyi hamısı baş verən hər şeyə görə peşman olduğunu, onun yanına qayıtmasını istəməsini, məni çox sevdiyini söylədi . Mən çox xoşbəxt idim və xoşbəxtliklə birlikdə yaşamağa başladıq. hər hansı bir yardıma ehtiyacınız varsa ona necə müraciət edə bilərsiniz .doctorigbinovia93@gmail.com və ya +2348144480786 nömrəli whatsapp-da ya da viber-də +2348144480786 nömrəli telefonla əlaqə saxlaya bilərsiz və lazım olan şeyləri götürərsiniz ..... .

    ОтветитьУдалить